Xəzər dənizində zəlzələ olub

Oktyabrın 19-da yerli vaxtla saat 11:12-də Xəzər dənizində (Dağıstan ərazisi) maqnitudası 4,4 olan zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Xezerxeber.az-a bildirilib ki, zəlzələ ocağının dərinliyi 31 kilometr olub.