İsmayıllı rayonunda zəlzələ olub

İsmayıllı stansiyasından 3 kilometr şimalda, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, saat 08:00-də baş verən 3 maqnitudalı zəlzələnin dərinliyi 7 kilometr təşkil edib.

 

Zəlzələ hiss olunmayıb.