Suraxanı rayonunda küllli miqdarda oğurluq olub
Bakının Suraxanı rayonunda küllli miqdarda oğurluq olub.Bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Binə qəsəbəsində bir evdən 1700 manat pul və 3300 manat dəyərində məişət əşyaları, digər evdən isə 1400 manat dəyərində təmir alətləri və naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Dünyamalı Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.