Baş verən yanğında bir polis əməkdaşı xəsarət alıb

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğınla əlaqəli polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Əraziyə əlavə canlı qüvvə cəlb edilib. Obyektdə olan şəxslər oradan tam təxliyə ediliblər.

Xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb.

Hazırda tədbirlər davam etdirilir.