Ramiz Məlikin dəfn yeri açıqlandı

Xalq artisti Ramiz Məliklə vida mərasimi bu gün saat 13:00-da Heydər Məscidində baş tutacaq.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xalq artisti 2-ci Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Azərbaycan teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, "Şöhrət" ordeni Xalq artisti Ramiz Məlik (Ramiz Ağarza oğlu Məlikov) dekabrın 14-də 80 yaşında vəfat edib.