Əməkdar artist Gülbahar Şükürlü vəfat edib

Əməkdar artist, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü vəfat edib.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Nazirliyin kollektivi sənətkarın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Qeyd edək ki, G.Şükürlünün 61 yaşı var idi.