BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfiri Okan Dursunla görüş keçirilib

Milli Hidrometeorologiya Xidmətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Baku Decides” Gənclərin I İqlim Danışıqları” adlı beynəlxalq konfransda iştirak edən Türkiyə təmsilçisi, “Carbon Gate” iqlim texnologiyaları müəssisəsinin həmtəsisçisi və baş direktoru, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfiri Okan Dursunla görüş keçirilib.

Yerveinsan.az xəbər verir ki, görüşdə iqlim dəyişmələrinin təsirləri, karbon emissiyalarının azaldılması, eləcə də bu il Azərbaycanda keçirilməsi nəzərdə tutulan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyəti müzakirə olunub.

Görüş çərçivəsində Okan Dursun Xidmətdə fəaliyyət göstərən Situasiya Mərkəzinin iş prinsipi, “TÜRKMETCAP+” proqnoz sistemi, hidrometeoroloji müşahidə məlumatlarının vizuallaşdırılması, radar müşahidələri, avtomatlaşdırılmış hidroloji müşahidə sistemləri və atmosfer havasının keyfiyyətinin monitorinqi stansiyalarının məlumatları ilə tanış olub.