Xalq artisti Almaniyada vəfat etdi

Azərbaycan və Tacikistanın Xalq artisti, müğənni Leyla Şəripova vəfat edib.

Xalq artistinin ölümü barədə tacik müğənni Odil Nozir məlumat yayıb.

Bildirilib ki, 94 yaşlı müğənni Almaniyanın Düsseldorf şəhərində vəfat edib. Sənətkarın ölüm səbəbi barədə məlumat verilməyib.

Leyla Şəripovanın atası İzmir, anası isə Cənubi Azərbaycan türkü olub. İranda yaşayan Leyla Şəripova 1953-cü il çevrilişindən sonra həyat yoldaşı ilə birlikdə Tacikistana köçüb. Özbəkistanda və Azərbaycanda da yaşayan Şəripova həyat yoldaşının ölümündən sonra Almaniyaya köçüb.

Leyla Şəripova Bakıda "Xatirə" xalq çalğı alətləri ansamblında və "Dan ulduzu" ansamblında çıxış edib.//Trend