Umayra Tağıyeva: Böyük Qafqaz regionunun çaylarında sululuq normadan 88 faiz çoxdur

Cari il Böyük Qafqaz regionunun çaylarında sululuq normadan 88 faiz çoxdur. Bu rəqəm keçən illə müqayisədə isə 38 faiz artıqdır.

Bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva fevralın 28-də Milli Məclisdə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.

O, eyni zamanda, qeyd edib ki, Kiçik Qafqaz regionunun çaylarında sululuq norma göstəricilərdən 35 faiz çoxdur. Bütün bunlar yaxşı göstəricilərdir, amma bizi rahatlatmalı deyil. İqlim dəyişiklikləri səbəbindən su ehtiyatlarının gələcək proqnozları nikbin deyil. Məhz buna görə də su ehtiyatlarının səmərəli istifadəsi məsələsi olduqca vacibdir.