Mədəniyyət naziri Zaqatala şəhərində vətəndaşları qəbul edib

Mədəniyyət naziri Adil Kərimli Zaqatala şəhərində vətəndaşları qəbul edib.

Nazirlikdən bildirilib ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Zaqatala şəhərindəki abidəsi önünə gül dəstələri qoyularaq, əziz xatirəsi ehtiramla yad edilib.

Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda əsasən Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarından olan sakinlər iştirak ediblər.

Vətəndaşların müraciətləri işlə təminat, fəxri adla təltif edilmə, mədəniyyət sahəsi ilə bağlı təklif və digər məsələlərlə bağlı olub.

Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, qeydiyyata götürülüb, araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.