Milli Kitabxanada “Şuşa zərgərlik məmulatları” adlı virtual sərgi açılıb
Azərbaycan Milli Kitabxanasının hazırladığı “Şuşa zərgərlik məmulatları” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.
Kitabxanadan bildirilib ki, sərgidə Şuşa şəhərinin sənətkarlarının hazırladığı zərgərlik nümunələri, onların təsnifatı haqqında məlumatlar, əyani-vizual görüntüləri və qısa tarixi əksini tapıb.
Virtual sərgi ilə buradan tanış olmaq mümkündür.