Leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İyulun 21-i saat 15:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, iyulun 21-i saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında, Gədəbəy, Culfa, Göygöl, Gəncə, Qəbələ, Balakən, Zaqatala, Şəki, Qax (Sarıbaş), Oğuz, Şamaxı, İsmayıllı, Quba, Qusar, Xaltan, Qrız, Şahdağ, Şabran, Mingəçevir, Göyçay, Sabirabad, Şirvan, Biləsuvar, Yardımlı, Lerik, Astarada şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Neftçalada arabir 20 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 31, Aran rayonlarında 32, dağlıq rayonlarda isə 19 dərəcəyədək isti qeydə alınıb.