Yağış yağacağı ehtimalı var

Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə az çiskinli olacaq, axşam isə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz isə 12-14° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % arasında dəyişəcək.

 Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava şəraiti gözlənilir. Ayrı-ayrı ərazilərdə leysan xarakterli intensiv yağıntılar, dağlıq ərazilərdə isə qar yağması ehtimalı var. Bəzi bölgələrdə arabir dumanın yaranacağı da gözlənilir. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz isə 11-16° isti olacaq. Dağlıq ərazilərdə gecə 0-2° şaxta, gündüz isə 2-6° isti olacağı gözlənilir.