Bakının bu qəsəbəsində qaz kəsiləcək

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə  “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaz tənzimləyicinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə 05.06.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə 1-ci, 2-ci massivin bir hissəsinin, 28 May, D.Bünyadzadə küçələrinin və “Neftçi” MTK-nın qaz təchizatında müvəqqəti fasilə yaranacaq.