İşğaldan azad olunmuş ərazilərdə geoloji məsələlərə dair panel keçirilib - Foto

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilib.

Açılışda rəsmi şəxslər, tanınmış elm və mədəniyyət xadimləri, beynəlxalq ekspertlər eləcə də yerli və xarici media nümayəndələri iştirak ediblər. Tədbirdə Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəylinin rəhbərliyi ilə  işğaldan azad olunmuş ərazilərdə geoloji məsələlərə dair panel keçirilib. Paneldə Rusiya, Qazaxstan, Özbəkistan, Azərbaycandan mütəxəsislər iştirak ediblər. Tədbirdə Geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Tələt Kəngərli Azərbaycanın geoloji xəritəsini təqdim edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bölgədə olan faydalı qazıntı yataqları barədə ətraflı məlumat verdi. Əli Əliyev bildirib ki, bu faydalı qazıntı yataqları tikinti materialları ilə zəngindir və bu mədənlərdən istifadə etməklə bölgəni bərpa etmək mümkündür. Digər ölkələrdən olan natiqlər də tədbirin əhəmiyyəti barədə geniş çıxış ediblər. Tədbirdə "Azinterpartlayış" MMC-nin direktoru, Texniki elmlər üzrə fəlsəfə doktoru Azər Şükürov da iştirak edib. 

Fotosessiya