Ötən il istehlakçılara 383 min manatadək vəsait geri qaytarılıb
2025-ci il ərzində təmin olunmuş 2588 istehlakçı müraciəti əsasında ümumilikdə 383 min manatadək vəsait sahibkarlıq subyektləri tərəfindən istehlakçılara qaytarılıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, qurum tərəfindən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən intensiv tədbirlər bazar iştirakçıları arasında hüquqi məsuliyyətin artırılmasına, xüsusilə istehlakçıların pozulmuş hüquqlarının bərpası istiqamətində real nəticələrin əldə olunmasına xidmət edir.

