Çaylarda müşahidə edilən faktiki vəziyyət

Milli Hidrometeorologiya Xidməti çaylarda müşahidə edilən faktiki vəziyyətə dair məlumat yayıb.
Xidmətdən A verilən məlumata görə, avtomat hidroloji stansiyaların iyunun 5-i saat 9:00-a olan məlumatına əsasən əksər çaylarda sululuq artıb.
Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində hazırda Tovuz rayonu ərazisindən axan Zəyəmçay çayından sel keçir.
Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 35, Kiçik Qafqaz ərazisindən axan Kürəkçayda 10, Gəncəçayda 3, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçayda 26, Oxçuçay və Həkəriçayda 3, Tərtərçay və Tutqunçayda 2, Kür çayının aşağı axınında Kür-Zərdabda 50, Kür-Surrada 23, Kür-Şirvanda 14, Kür-Bankədə 6, Kür-Salyanda 4, Kür-Yevlaxda 2, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda 3 santimetr artım qeydə alınıb. Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 10 santimetr artıb, su sərfi saniyədə 143 kubmetr olmaqla normanın 73 faizini təşkil edir.