FHN-in qüvvələri itkin düşən vətəndaşın axtarışlarına cəlb edilib

Fövqəladə Hallar Nazirliyinin qüvvələri itkin düşən vətəndaşın axtarışlarına cəlb edilib.
Bu barədə Nazirlikdən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Lənkəran rayonunun Horavenc kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar, FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri itkin düşməsi ehtimal edilən 1970-ci il təvəllüdlü İlham Hüseynovun axtarış işlərinə cəlb olunub.
Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.