General: 2017-ci ildən hazırki dövrədək 6 ton 928 kq narkotik vasitə dövriyyədən çıxarılıb
“2017-ci ildən hazırkı dövrədək dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı görülmüş təxirəsalınmaz əməliyyat tədbirləri və sərhəd naryadlarının ayıq-sayıqlığı nəticəsində 6 ton 928 kiloqram narkotik vasitə və 533 min 406 psixotrop həb aşkarlanıb”.
Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini - Sərhəd Qoşunlarının komandanı, general-leytenant Araz Məmmədov Sərhəd Qoşunları Komandanlığının “Şəmkir” sərhəd dəstəsində keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, qarşılıqlı əlaqədə olaraq qaçaqmal və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində aşkarlanaraq götürülmüş narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində ümumi çəkisi 6 ton 928 kiloqram narkotik vasitə və 533 min 406 psixotrop həb aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan narkotik vasitələrin ümumi təxmini dəyəri 162 milyon 610 min 694 manat təşkil edib.