İntensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, bugün səhər saatlarında yağan intensiv leysan yağışlar nəticəsində Şəki rayonu ərazisindən axan Şinçay, Damarçınçay və Zaqatala rayonu ərazisindən axan Talaçaydan selin keçməsi müşahidə olunub.