Türkiyə ordusu Suriya və İraqın şimalında terrorçuları zərərsizləşdirib

Türkiyə ordusu Suriya və İraqın şimalında yeddi terrorçunu zərərsizləşdirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İraqın şimalında "Pəncə-kilid" əməliyyatı bölgəsində müəyyən edilən 3 PKK terrorçusu, Suriyanın şimalındakı "Sülh çeşməsi" bölgəsində isə 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.