Ötən həftə Xankəndi, Xocavənd, Füzuli və Xocalıda xeyli silah-sursat aşkarlanıb

Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

Həyata keçirilən tədbirlərlə ötən həftə polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 38 avtomat silahı, 2 pulemyot, 9 tapança, 14 tüfəng, 69 qumbara, 1 qumbaraatan, 61 alışdırıcı, 1 mərmi, 10 mina, 11 kiloqram barıt, 9 gecəgörmə cihazı, 31 süngü-bıçaq, 26 rabitə vasitəsi, 197 patron darağı, 19 min 986 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocavənd rayonu ərazisindən 4 avtomat silahı, Füzuli rayonu ərazisindən 2 avtomat silahı, 1 qumbaraatan, 3 pulemyot, 4 mərmi partlayıcısı, 1050 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən 6 avtomat silahı, 1 tapança, 2 tüfəng, 7 qumbara, 5 alışdırıcı, 160 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.