Azad edilən ərazilərdə daha 86 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (02.09.2024 - 08.09.2024) açıqlanıb.

ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 21 piyada əleyhinə mina, 65 tank əleyhinə mina, 1583 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Qeyd edilib ki, 907,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib