Azərbaycanda bu qeyri-neft məhsullarının ixracı 12% artıb

Bu ilin may ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 204 mln. ABŞ dolları təşkil edib.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, bu göstərici 2018-ci ilin may ayı ilə müqayisədə 22 mln. dollar və ya 12% artıb.


Bu ilin may ayında qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (96,3 mln. dollar), Türkiyəyə (33 mln. dollar), Gürcüstana (14,6 mln. dollar), İsveçrəyə (8,2 mln. dollar) və İtaliyaya (6,6 mln. dollar) ixrac edilib.

Hesabat ayında qeyri-neft sektoru üzrə ixracda tomat (54,6 mln. dollar) birinci, kartof (20,2 mln. dollar) ikinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (12,9 mln. dollar) üçüncü olub.