Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib
Türkiyənin şərqində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Malatya şəhərindən 30 km cənub-şərqdə olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.