Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Oktyabrın 3-ü saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Şahdağın 3000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.
Düşən yağıntının miqdarı Qrız, Gədəbəydə 10 mm, Tərtər, Şahdağda 8 mm, Göygöl, Şəki, Daşkəsəndə 7 mm, Ağdam, Balakən, Qəbələ, Qax, Quba, Qusarda 6 mm, Bərdə, Göyçay, Gəncə, Biləsuvar, Zaqatala, Tovuz, Şahbuzda 5 mm, Yevlax, Xınalıq, Altıağac, Şəmkir, Zərdab, Qobustan, Mingəçevir, Beyləqan, İsmayıllı, Xaltan, Sədərək, Naxçıvan, Naftalan, Ceyrançöl, Xaçmaz, Ağstafa, Oğuz, Ağsu, Goranboy, Şamaxı, Şabran, Kürdəmir, Sabirabad, Astarada 4 mm-dək, Bakıda və Abşeron yarımadasında: Pirallahıda 8 mm, Bakıda 4 mm, Sumqayıt, Maştağa, Binə, Çilov Adasında 1 mm-dək olub.
Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi arabir Naftalanda 24 m/s, Goranboyda 23 m/s, Şahdağda arabir 20 m/s, Bərdədə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 21 m/s-dək güclənib.
Göygöl, Daşkəsən, Göyçay, Qusar, Qrız, Şəmkir, Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 26, Aran rayonlarında 25, dağlıq rayonlarda 17 dərəcəyədək isti qeydə alınıb.