Ədliyə naziri Neftçalada vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Fərid Əhmədov oktyabrın 25-də Neftçala rayonunda Neftçala, Salyan, Şirvan və Hacıqabul sakinlərini qəbul edəcək.
Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı oktyabrın 24-dək Şirvan regional ədliyyə idarəsinə (ünvan: Şirvan şəhəri, F.İsmayılov küçəsi 17, əlaqə telefonu +994 21-215-60-23) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.
Həmçinin vətəndaşların nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanı var.
Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə görüşün keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.