2024-cü ilin Sülh üzrə Nobel laureatının adı açıqlandı


Oktyabrın 11-də Norveçdə Sülh üzrə 2024-cü ilin Nobel laureatının adı açıqlanıb.
Norveç Nobel Komitəsi 2024-cü il üçün Nobel Sülh Mükafatının Yaponiyanın Nihon Hidankyo təşkilatına verilməsi barədə qərar qəbul edib. Hibakuşa kimi tanınan Xirosima və Naqasakidən olan atom bombasından sağ qalanların bu kütləvi hərəkatı, nüvə silahlarından azad bir dünyaya nail olmaq səylərinə və nüvə silahlarından bir daha heç vaxt istifadə edilməməli olduğunu şahid ifadələri ilə nümayiş etdirdiyinə görə Sülh Mükafatını alır.