Lahor şəhərində hava çirkliliyi ən yüksək səviyyəyə çatıb

Pakistanın Pencap əyalətinin Lahor şəhərində hava çirkliliyi ən yüksək səviyyəyə çatıb.
“Dawn” qəzeti xəbər verir ki, bu səbəbdən məktəblərdə təhsil bir həftəlik dayandırılacaq.
Hava Keyfiyyəti İndeksi göstəricilərinə əsasən havanın çirkliliyi normadan 40 dəfə artıq olub.