504 min nəfərə sosial müavinət, 401 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib
Bu ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 504 min nəfərə sosial müavinət, 401 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilir ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 898 mln. manat, Prezident təqaüdləri üzrə 574 mln. manat ödənilib.
Qeyd edilir ki, cari ilin 10 ayında 128 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 698 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.