Zelenski bir sıra məşhur şəxslərə verilmiş fəxri adların ləğv etdi

Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra məşhur şəxslərə verilmiş fəxri adların ləğv edilməsi ilə bağlı fərman imzalayıb.

 

Bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

 

Zelenskinin fərmanına əsasən, Ukraynanın keçmiş baş naziri Nikolay Azarov I-III dərəcəli "Xidmətə görə" və V dərəcəli “Knyaz Yaroslav Mudrıy” ordenləri, həmçinin Ukraynanın “əməkdar iqtisadçısı", Ali Radanın keçmiş deputatı Viktor Medvedçuk I-III dərəcəli "Xidmətə görə" və V dərəcəli “Knyaz Yaroslav Mudrıy” ordenləri, “Ukraynanın əməkdar hüquqşünası” adından, Ukraynanın keçmiş prokuroru Viktor Pşonka III dərəcəli "Xidmətə görə" ordenindən məhrum edilib.

 

Bundan başqa, rusiyalı müğənnilər Nikolay Baskov, Filipp Kirkorov, Aleksandr Malinin, bəstəkar İqor Krutoy “Ukraynanın xalq artisti”, ukraynalı müğənnilər Ani Lorak və Taisiya Povaliy də “Ukraynanın əməkdar artisti” fəxri adlarından məhrum ediliblər.

 

Ümumilikdə siyahıda 34 nəfərin adı var.

 

Axar.az