Dövlət qurumlarına qarşı olan xüsusi hədəflənmiş kiberhücumların qarşısı alınıb
Bu ilin üçüncü rübündə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kiberhücumların analizi nəticəsində 828 kiberhücum indikatoru müəyyən edib.
Bu barədə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT kiberhücumlarının qarşısı alınıb. Bu kibertəhdidlərin 439-u daxili araşdırma, 389-u isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.