Mədəniyyət naziri Kürdəmirdə vətəndaş qəbulu keçirəcək
Mədəniyyət naziri Adil Kərimli dekabrın 14-ü saat 10:00-da Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının inzibati binasında vətəndaşları qəbul edəcək.
Nazirlikdən bildirilib ki, qəbulda Kürdəmir, Ucar, Zərdab, Ağdaş, Yevlax, Mingəçevir, Göyçay rayon sakinləri iştirak edə bilərlər.
Vətəndaşların dekabrın 11-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciəti mümkündür.