Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti dekabrın 7-si axşam və 8-i bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən bildirilib ki, Xaçmaz, Xızı, Quba, Qusar, Qobustan, Salyan, Neftçala rayonlarında sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Şabran və Siyəzən rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.