GGİ-nin ELMİ ŞURASINDA CARİ İLİN MÜHÜM ELMİ NƏTİCƏLƏRİ AÇIQLANIB - FOTO
Geologiya və Geofizika İnstitutunun növbəti Elmi şura cari ildə Yer elmləri sahəsində Ümumrespublika elmi seminarı və Mütəxəssislər şurasının (Kollokvium) birgə iclası formatında keçirilib. İclas 2024-cü ildə GGİ-də əldə edilmiş mühüm elmi nəticələrə həsr olunub.
Yerveinsan.az xəbər verir ki, tədbirdə ARDNŞ Geofizika və Geologiya İdarəsinin, Respublika Seysmoloji Xidmət Mərkəzinin, H.Əliyev adına Coğrafiya İnstitutunun və d. təşkilatların nümayəndələri iştirak ediblər.
İclasa sədrlik edən Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə giriş sözü söyləyərək bldirib ki, hər ilin sonunda GGİ alimlərinin qazandıqları mühüm elmi nəricələr açıqlanır və bu ənənə həm hesabat xarakteri daşıyır, həm də məsuliyyət hissini artırmaqla daha yeni nailiyyətlər qazanmağa stimul verir. “Təsadüfi deyil ki, gənc alimlrimizin də bu il elmi nəticələri diqqət çəkir və xoş təəssürat yara,”- deyə baş direktor vurğulayıb.
A.Əlizadə yeni elmi nəticə haqqında məlumat təqdim etmək üçün ilk sözü “Dinamiki geologiya ” şöbəsinin rəhbəri AMEA-nın müxbir üzvü Tələt Kəngərliyə verib. T.Kəngərli Azərbaycanın iqtisadi rayonları geoloji mühitinin mövcud vəziyyətini əks etdirən 1:200000 miqyasda topoqrafik bağlantılı geoloji, hidrogeoloji və mühəndisi geoloji xəritələr komplektinin (cəmi 42 xəritə) ilk dəfə tərtib və nəşr edildiyi barədə ətraflı danışıb. Alim geoloji, mühəndisi geoloji və digər məzmunlu xəritələr timasılnda tam komplekt haqqında açıqlama verib.
GGİ “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi ” şəbəsinin rəhbəri y.e.e.d. Qulam Babayev zəlzələlərin hiposentr koordinatlarının təyini və xətaların minimuma endirilməsi üçün trianqulyasiya və çevrələr üsullarının sinxron istifadəsi, eləcə də seysmik dalğaların yayılma zamanını müəyyən etmək məqsədilə müasir proqram təminatının köməyi ilə yaradılmış, emal edilmiş seysmoqramların analiz metodikasının işlənib hazırlanması barədə ətraflı danışıb. Bildirək ki, bu elmi yeniliyin icraçıları y.e.e.d. Qulam Babayev, doktorant Tural Babayev, pofessor Luçiano Teleska (İtaliya Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutu), “Zəlzələnin məkan-zaman təhlili və təhlükə” beynəlxalq laboratoriyadır.
Geologiya və Geofizika İnstitutunun kiçik elmi işçisi Pərviz Məmmədovun “Abşeron neftli-qazlı rayonunun Piosen yaşlı çöküntülərinin istilik xassələri və geotermal resursların qiymətləndirilməsi” elmi işinin nəticələri də maraqla dinlənilib. İşin nəticəsi olaraq Abşeron yarımadası və bitişik ərazilərdə Pliosen çöküntülərinin geotermal enerji potensialı qiymətləndirilib, resursların paylanma xəritəsi tərtib edilib, energetik tətbiqi əsaslandırılaraq iqtisadi baxımdan qiymətləndirilib.
İclasda Elmi nəticələr üzrə məlumat verən hər üç alim onlara ünvanlanmış çoxsaylı sualları ətraflı cavablandırıb.