Bayden administrasiyası Ukraynaya 1,22 milyard dollarlıq hərbi yardım göndərəcək

ABŞ prezidenti postunu tərk etməyə hazırlaşan Cozef Baydenin administrasiyası 2024-cü ilin sonunadək Ukraynaya 1,22 milyard dollar həcmində hərbi yardım göndərəcək.

 “Defense One” portalı bu barədə ABŞ Müdafiə Nazirliyinin yüksəkvəzifəli məmuruna istinadla məlumat yayıb. Onun sözlərinə görə, həmin vəsait ABŞ istehsalçılarından silah alınmasını nəzərdə tutan Ukraynada Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) çərçivəsində ayrılacaq.