Ərdoğan Suriyanın xarici işlər nazirini qəbul edib

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybanini qəbul edib.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Görüşdə Türkiyə-Suriya əlaqələri, Suriyanın yenidən qurulması və regional inkişaflar müzakirə edilib.