Samux rayon ərazisində iki nəfər Kür çayında batıb

Samux rayon ərazisində iki nəfər Kür çayında batıb.
Hadisə Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Samux və Şəmkir rayon sakinləri olan 2 nəfər Kürdə balıq tutmaq istəyən zaman batıblar. Onların meyitlərinin tapılması üçün axtarışlar davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.