Azərbaycanın mis filizləri və konsentratları ixracını 20 dəfədən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycandan xaricə 3,8 min ton mis filizləri və konsentratları ixrac edilib.

Yerveinsan.az xəbər verir ki, Trend-in Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu miqdarda məhsul ixracının dəyəri 5,2 milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 3,6 min ton və ya 20,3 dəfə, dəyər ifadəsi ilə 4,9 milyon ABŞ dolları, yaxud da 15,4 dəfə çoxdur.

Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycandan xaricə 186 ton miqdarında, 339 min ABŞ dolları dəyərində mis filizləri və konsentratları ixrac edilib.

Hesabat dövründə mis filizləri və konsentratları ixracı ölkənin ümumi ixracının 0,76%-ni təşkil edib.