TƏBİB Xalq artisi Əminə Yusifqızının ölümü ilə bağlı açıqlama yayıb

Xalq artisti Əminə Yusifqızı ilə əlaqədar oktyabrın 9-u saat 14:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdrəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Bu zaman Xalq artistinin həkiməqədər ölüm faktı qeydə alınıb.