Lavrov və Rubio arasında planlaşdırılan görüş təxirə salınıb

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Marko Rubio arasında son günlər ərzində hazırlıq mərhələsində olan görüş qeyri-müəyyən müddətə təxirə salınıb.
Bu barədə CNN telekanalı Ağ Evdəki mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, planlaşdırılan görüş müvəqqəti olaraq təxirə salınıb. Bununla belə, telekanal qeyd edir ki, görüşün bu həftə niyə baş tutmayacağı hələlik aydın deyil.