Ternopilə zərbələr nəticəsində  həlak olanların sayı 25 nəfərə çatıb

Rusiya ordusunun Ternopilə zərbələri nəticəsində  həlak olanların sayı 25 nəfərə çatıb. Daha 73 nəfər yaralanıb, onlardan 15-i uşaqdır.

Bu barədə məlumatı Ukrayna Fövqəladə Hallar Xidməti yayıb.