Lavrov: Ukraynada sülhə əsas maneə Kiyevin Avropadakı müttəfiqləridir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a verdiyi müsahibədə Ukraynada sülhə əsas maneəni adlandırıb. Onun sözlərinə görə, bu maneə Kiyevin Avropadakı müttəfiqləridir.
O, qeyd edib ki, Ukrayna hakimiyyəti və avropalılar konstruktiv danışıqlara hazır olduqlarını nümayiş etdirmirlər. Eyni zamanda Ukraynaya pul və silah tədarükü davam edir, Rusiyanın iqtisadiyyatını sarsıtmaq cəhdləri çərçivəsində yeni sanksiyalar tətbiq olunur.
“ABŞ-da administrasiya dəyişikliyindən sonra Avropa və Avropa İttifaqı sülhün əsas maneəsinə çevrilib. Onlar Rusiya ilə müharibəyə hazırlıq planlarını gizlətmirlər”, — deyə Lavrov vurğulayıb.

