Rusiya "Oreşnik" raketləri ilə zərbə endirdiyini təsdiqləyib

Rusiya Silahlı Qüvvələri Ukraynaya qarşı “Oreşnik” raket kompleksi ilə zərbə endirib. Rusiya mediası xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında deyilir: “Ukrayna ərazisindəki həyati əhəmiyyətli obyektlərə qarşı qurudan və dənizdən buraxılan uzaqmənzilli yüksək dəqiqlikli silahlarla, o cümlədən orta mənzilli mobil yerüstü raket kompleksi ‘Oreşnik’, eləcə də zərbə PUA-ları ilə kütləvi hücum həyata keçirilib.”

Qurumda bildirilib ki, hücum 29 dekabr 2025-ci il gecəsi Kiyevin Rusiyanın Novqorod vilayətində yerləşən Prezident Vladimir Putinin iqamətgahını vurmaq cəhdinə cavab olaraq həyata keçirilib.

Rusiya Müdafiə Nazirliyi “Oreşnik”in konkret olaraq haranı və hansı obyektləri vurduğunu dəqiqləşdirməsə də, hücum zamanı qarşıya qoyulan bütün hədəflərə çatıldığını vurğulayıb.