Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ baş verib.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 08:40-da qeydə alınan zəlzələnin maqnitudası 3,4 olub.

Zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib.