Bakıda son bir ayda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 199 fakt aşkarlanıb
Bakıda son bir ayda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 199 fakt aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri fasiləsiz davam etdirilir.
Məlumata görə, son bir ay ərzində Bakı şəhərində polis orqanlarının keçirdiyi əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 199 fakt aşkar edilib. Onlardan 192 fakt üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, 7 fakt üzrə isə inzibati icraat aparılıb.
Aşkarlanan faktlar üzrə 161 nəfər barəsində həbs və digər qətimkan tədbirləri seçilib.
Keçirilən tədbirlər nəticəsində qanunsuz dövriyyədən ümumilikdə 372 kiloqram 685 qram heroin, marixuana, tiryək, metadon, həşiş və metamfetamin aşkar edilərək götürülüb.
Hazırda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.

