FHN Kür çayında batan şəxsin axtarışlarına başlayıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.

