"Qarabağ" "Düdelanj"a qarşı
Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq.
Təmsilçimiz “Qarabağ” da qrupda, eləcə də turnirdə son oyununa çıxacaq.
Ağdam klubu Bakıda “Düdelanj”ı qəbul edəcək. Hər iki komanda pley-offa vəsiqə şansını itirdiyindən bugünkü görüş formal xarakter daşıyacaq.
Lüksemburqdakı görüşdə rəqibini 4:1 hesabı ilə məğlub edib "Qarabağ" bu dəfə də üç xal qazanmaqla turniri qələbə ilə başa vurmağa çalışacaq.
A qrupunun digər oyununda isə pley-offa vəsiqəni təmin edən APOEL və "Sevilya" Kiprdə qarşılaşacaq.
12 dekabr
UEFA Avropa Liqası
Qrup mərhələsi
6-cı tur
A qrupu
21:55. “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq)
Baş hakim: Kristo Tohver (Estoniya)
Bakı.Tofiq Bəhramov adına Respublika Stadionu
21:55. APOEL (Kipr) – “Sevilya” (İspaniya)