PKK-nın qadın bölməsinin rəhbəri məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin və Milli Təhlükəsizlik Təşkilatının Qəndil bölgəsində birgə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK-ya daha bir sarsıdıcı zərbə vurulub.

Əməliyyat nəticəsində PKK terror təşkilatının qadın bölməsinin - PAJK-ın rəhbəri Əsmə Erat və onun sürücüsü məhv edilib.

Digər bir məlumatda isə bildirilir ki, İraqda və Suriyadakı PKK düşərgələrindən qaçan iki terrorçu Türkiyə ərazisinə gələrək təhlükəsizlik qüvvələrinə təslim olub.