"Arsenal"dan göz yaşları ilə ayrıldı
Mövsümün sonunda "Arsenal"dan ayrılacaq Aaron Remsi İngiltərə Premyer Liqanın 37-ci turunda "Brayton"la matçdan (1:1) əvvəl azarkeşlərlə vidalaşıb.
Uelsi yarımmüdafiəçi mövsümün son ev oyununda londonlu fanatlarla sağollaşarkən göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, 2008-ci ildən "Arsenal"da oynayan Remsi yeni mövsümdən "Yuventus"da çıxış edəcək.

